Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si üzrə nümayəndəsinin 2018-ci il ərzində gördüyü işlərə və qarşıda duran vəzifələrə həsr edilən hesabat iclası keçirildi

0

  •         09.01.201-cu il tarixdə Goranboy rayonunun Börü qəsəbəsində Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si üzrə nümayəndəsinin 2018-ci il ərzində gördüyü işlərə və qarşıda duran vəzifələrə həsr edilən hesabat iclası keçirildi. Hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, rayonun idarə, müəssisə rəhbərləri və cəmillili sakinlər iştirak etdilər.
            Hesabat iclası aparmaq üçün sədr və katib səsə qoyularaq seçildikdən sonra gündəlikdə duran məsələ diqqətə çatdırıldı.
            Xocalı rayon İHB-nın Cəmilli kənd İƏD-si üzrə nümayəndəsi Ramiz Qəhrəmanov məruzə ilə çıxış edərək nümayəndəliyin gördüyü işlərdən danışdı və qəsəbədə sakinlər tərəfindən qaldırılan məsələlər haqqında rayon rəhbərinə məlumat verdi.
            Ramiz Qəhrəmanov bildirdi ki, hal-hazırda Cəmilli kəndinin 289 ailə, 1073 nəfər sakini vardır. Cəmilli kənd sakinləri Respublikamızın 18 şəhər və rayonunda məskunlaşmışlar. Məcburi köçkün statusuna malik sakinlərimizin 72%-i ölkə başçısının Sərəncamı əsasında hər cür şəraitə malik yeni yaşayış massivlərində məskunlaşmışlar. Bu olduqca böyük göstəricidir. Nümayəndəlikdə qeydiyyatda olan kənd sakinlərindən 297 ailə - 384 nəfərə dövlət tərəfindən hər ay vahid aylıq müavinət göstərilir.
            2018-ci ildə Goranboy rayonundan müvəqqəti istifadə üçün 71 hektar torpaq sahəsi alınaraq qəsəbə sakinlərinə verilmişdir, 44 ailə 41,6 hektar sahədə arpa əkmişdir.
            Cəmilli sakinlərindən ünvanlı sosial yardıma ehtiyacı olan 17 ailələyə müavinət verilir.
            Məruzə ətrafında çıxışlarda Əhməd Cavadov adına Cəmilli kənd tam orta məktəbinin direktoru Məlahət İsmayılova rəhbərlik etdiyi məktəbin 2017-2018-ci tədris ilində əldə etdiyi uğurlarından, keçirilən tədbirlərdən, buraxılış və ali məktəbə qəbul imtahanlarında şagirdlərin göstərdiyi nəticələrdən danışdı. Qeyd etdi ki, ötən tədris ilində IX sinfi 11, XI sinfi isə 6 şagird bitirmişdir. XI sinfi bitirənlərdən 2 nəfəri ali məktəbə qəbul olmuşdur. "Təhsildə keyfiyyət ili" ilə əlaqədar Təhsil nazirinin əmri ilə bağlı bir çox işlər görülmüşdür. 2018-2019-cu tədris ilində məktəbdə 115 şagird təhsil alır. Bunlardan 12 nəfəri məktəbəhazırlıq qrupunun şagirdləridir.
            Məlahət İsmayılıova məktəbin bir növbədə fəaliyyət göstərməsi üçün əlavə sinif otaqlarının olmaması, internet xəttinin, mərkəzləşdirilmiş istilik sisteminin mövcud olmaması bir sıra çətinliklər yaratdığını dedi.
            Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov hesabat məruzəsini və məruzə ətrafında çıxışlarda qaldırılan məsələləri dinlədi və həllini nəzarətə götürdü. Aidiyyatı idarə rəhbərlərinə müvafiq tapşırıqlar verdi.
            Sonda sakinlər onları narahat edən problemlərin həlli üçün rayon rəhbərinə müraciət etdilər. Bəzi məsələlər yerindəcə həllini tapdı.





















         
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaRəsmi xronika
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib47 dəfə
    Xocalı rayon İHB nın Cəmilli kənd İƏD si üzrə nümayəndəsinin 2018 ci il ərzində gördüyü işlərə qarşıda duran vəzifələrə həsr edilən hesabat iclası keçirildi

    Maraqlı gələ bilər
    29
    44
    78
    28